Maide.az

Bakıda məhbus özünü asdı

Bakının Sabunçu rayonunda yerləşən Kürdəxanı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.   1977-ci il təvəllüdlü Qələndərov Mehman Hüseyn oğlu saxlandığı həbsxanada özünü  asıb.   Faktla bağlı araşdırma aparılır.   M.Qələndərov barəsində cari ilin fevral ayının 7-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.(report)