Bakıda mənzildə PARTLAYIŞ - Bir ailədən 5 nəfər xəsarət aldı
Avqustun 22-də saat 04 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Sakit Quliyevin evində təbii qazın sızmasından partlayış baş verib. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət almış S.Quliyev, arvadı Sona, qızları Səma, Əsmər və oğlu İlham xəstəxanaya yerləşdiriliblər