Maide.az

Bakıda məşhur qızıl dükanının sahibi 43 bıçaq zərbəsi ilə qətlə yetirilib

Bakıda evində ölü tapılan qadına 43 bıçaq vurulub.   APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.   İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.   Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.   Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.