Maide.az

Bakıda məşhur “KFC” restoranında yanğın olub - Yenilənib

Bakıda “KFC” kafesinin yerləşdiyi binada baş vermiş tüstülənmənin qarşısı alınıb.   APA-nın məlumatına görə, binada hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 maşını və şəxsi heyəti gəlib.   Yanğınsöndürənlər tüstülənmənin yanğına çevrilməsinin qarşısını alıblar.   Tüstülənmənin nədən baş verdiyi araşdırılır.   ***   Bakıda “KFC” kafesində yanğın baş verib.   Maide.az xəbər verir ki, metronun 28 May stansiyasının yaxınlığında yerləşən kafedə qəflətən yanğın başlayıb.   Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.