Maide.az

Bakıda mənzildən 170 min dollar oğurlayan şəxs tutulub

Azərbaycan paytaxtında mənzildən külli miqdarda pul və qızı-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.   Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Qismət Qismətzadənin evindən içərisində 170000 ABŞ dolları pul və 7000 manat dəyərində qızıl əşyalar olan çantanı oğurlayan Bakı şəhər sakini Mehdi Məmmədov tutulub. Qeyd edək ki, Qismət Qismətzadə tanınmış psixoloqdur.