Maide.az

Bakıda `London taksisi` qəza törətdi: ölən var

Piyada hadisə yerindəcə keçinib   Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maide.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, oktyabrın 13-ü saat 04:50 radələrində, Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi London Taksi markalı avtomobillə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H.Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.   Araşdırma aparılır.