Maide.az

Bakıda liseydə yanğın olub

Bakıda liseydə yanğın olub.   Maide.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli lisey binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir-birinə bitişik oturacaqlar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub.   Lisey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.    Faktla bağlı araşdırma aparılır. /