Maide.az

Bakıda liftin trosu qırılıb, 8 nəfər xəsarət alıb

Yaralılar xəstəxanaya yerləşdirilib   Bakıda lift şaxtaya düşüb, xəsarət alanlar var.   “Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.   Belə ki, İ.P.Dadaşov küçəsi, 260 ünvanında yerləşən 7 mərtəbəli binanın liftin trosunun qırılması nəticəsində liftdə olan 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.   Yaralılar xəstəxanaya yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır. /