Maide.az

Bakıda körpə doğuş zamanı ölüb

Bakıda doğuş zamanı körpə ölümü baş verib.   Maide.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatanda yerləşən 4 saylı Doğum Evində qeydə alınıb. Gülnur Bəhruz qızı Şahverdiyevanın dünyaya gətirdiyi uşaq ölüb. Uşağın hansı səbəbdən ölməsi hələlik məlum deyil.   4 saylı Doğum Evindən faktı təsdiqləsələr də, əlavə açıqlama verilməyib.   Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.