Maide.az

Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb - VİDEO

Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb.   ”Report”un xəbərinə görə, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb.   Hadisə nəticəsində həmin avtomobilə ciddi ziyan dəyib, digər avtomobillərin isə güzgüləri sınıb.