Maide.az

Bakıda kişini döyərək öldürən şəxsin kimliyi bilindi

Bakıda döyülərək və boğularaq öldürülən şəxsin kimliyi məlum olub.    Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 25-də paytaxtın Ağa Nemətulla küçəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Rauf Hacıyev döyülərək və daha sonra boğularaq qətlə yetirilib.   Həyata keçirilən tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1993-cü il təvəllüdlü Vadim Mixayloviç tutulub.   Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.