Maide.az

Bakıda küçə və prospektlərdə tıxac davam edir, avtobuslar gecikir

Bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.   Maide.Az bildirir ki, bu barədə Trend-də Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.   Məlumatda bildirilir ki, yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır: "Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar".