Maide.az

Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır

Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır.   Bu barədə Trend-ə Bakı Nəqliyyat Agnetliyindən(BNA) bildiriblər. Qeyd olunub ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır:   "Artıq 28 May küçəsinin Keykab xanım Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib".