Maide.az

Bakıda ingilis neftçinin meyiti tapıldı

Bakıda xarici ölkə vətəndaşının meyiti tapılıb.   Hadisə Port Baku Residence-dəki otaqlardan birində baş verib. Paytaxtda fəaliyyət göstərən xarici neft şirkətlərindən birində işləyən Böyük Britaniya vətəndaşı, 1960-cı il təvəllüdlü Con Holsted Friman öz otağında hələlik dəqiqləşməmiş səbəbdən vəfat edib. Onun üzərində zorakılıq əlaməti aşkarlanmayıb.   Faktla bağlı araşdırma aparılır. (Lent.az)