Maide.az

Bakıda iki nəfər qarpızdan zəhərlənərək ölüb

Bakıda qida zəhərlənməsindən ölüm faktları qeydə alınıb. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Marina Nəcmuddinova qarpızdan zəhərlənərək ölüb. Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Faktlarla bağlı araşdırma aparılır. /