Bakıda iki marşrut avtobusu ötüşərkən toqquşub - FOTOSESSİYA
Bakıda növbəti avtobus qəzası baş verib. Hadisə metronun Xətai stansiyasının qarşısında, Xocalı prospektində qeydə alınıb. 30 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 384 və 10 TG 383 dövlət nömrə nişanlı sərnişin avtobusları ötüşərkən toqquşub. Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.