Maide.az

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksək olub

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.   Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.   O bildirib ki, Bakıda iqlim normasından yüksək temperatur qeydə alınıb.    G. Məmmədova qeyd edib ki, paytaxtda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir.   Qeyd edək ki, isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək. /