Maide.az

Bakıda havada tozun miqdarı normanı 4.3 dəfə keçib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.   Xidmət qeyd edir ki, tozlu hava şəraiti lokal xarakterlidir.   Açıqlamaya görə, buna səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır:   ''Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.   Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir’’.