Bakıda havada toz miqdarı normadan yuxarıdır
Noyabrın 21-i səhərə olan məlumata görə, Bakıda və Abşeronda havada olan tozun miqdarı sanitar normanı keçib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bildiriblər. Ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz-dumanın daxil olması ilə əlaqədar mütəxəssislər hər üç saatdan bir hava durumunu müşahidə edirlər. (contact.az)