Maide.az

Bakıda həkimlər ayağa qalxdı

Bakı şəhər Təcili və Təxirasalınmaz Tibbi Yardım Stansiyasının həkimləri gücləndirilmiş iş rejiminə keçiblər.    Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS-ə verdiyi məlumata görə, Bakıda Gənclərin Qlobal Formunun başlanması ilə əlaqədar təcili yardım həkimləri bir neçə ərazidə sutkalıq növbə çəkəcəklər.   “Dünəndən həkimlərimiz bir neçə ərazidə, Heydər Əliyev Mərkəzində və 5 otelin qarşısı növbə çəkəcəklər. Bundan başqa, “Buta Palace” qarşısında da tədbirlər əlaqədar həkim briqadası olacaq. Artıq həkimlərimin növbədədirlər. Hələlik heç bir müraciət daxil olmayıb”, - deyə Zemfira Vahidova bildirib.   Qeyd edək ki, form 3 gün keçiriləcək. Bu səbəbdən təcili yardım briqadaları oktyabrın 28, 29 və 30-da növbədə olacaqlar.