Maide.az

Bakıda hərəkət iflic oldu (FOTO)

Bakının mərkəzi küçələrinin birində baş vermiş zəncirvari yol hadisəsi nəqliyyat vasitələrinə çətinlik yaradıb. Maide.az-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev prospekti - Kənar yolda (şəhər istiqamətində) baş vermiş zəncirvari yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Əsas yoldan istifadə etmələri tövsiyə olunur.