Maide.az

Bakıda Gürcüstan avtobusu yük maşını ilə toqquşub, xeyli yaralı var

Bakıda ağır yol qəzası baş verib.   APA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ ərazindən keçən hissəsində qeydə alınıb.   Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu “Schacman” markalı yük maşını ilə toqquşub.   Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-u xəstəxanalara yerləşdirilib, digərlərinə isə ilk tibbi yardım göstərildikdən sonra  buraxılıblar.   Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı Gürcüstan vətəndaşlarıdır. Həmin şəxslərin adlı siyahısı:   1.Pərvanə Qaradalova 36 yaş 2. Rəfayel Aslanov 52 yaş 3. Mahir Aslanov 22 yaş 4. Kanan Abdullayev 23 yaş 5  Emin Məmmədov 33 yaş 6. Əbülfəz Şəmsiyev 28 yaş 7. Azər Meyxanov 41 yaş 8. Naib İsaqov 22 yaş 9. Ruslan Rəhimov 8 yaş   Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.