Maide.az

Bakıda güclü külək ağacları aşırdı

Ötən gündən başlayan güclü külək Bakıda üç ağacı aşırıb.   Musavat.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.   Onun sözlərinə görə, səkkiz ağacın budaqları sınıb:   “Ağacların budaqlarının sınması halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında daha çox müşahidə olunub”.   O qeyd edib ki, hazırda birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:   “Həm külək, həm də yağış müşahidə olunur. Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında saxlamasınlar”.