Maide.az

Bakıda FHN-in rəyi olmadan istismara verilən nə qədər yaşayış binası var?

Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi olmadan istismara verilən binaların sayında ciddi azalma müşahidə olunur. Milli.Az APA-ya istinadən bildirir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.   Baş nazirin müavini deyib ki, təkcə Bakı şəhərində 6-7 ay bundan öncə bu cür binaların sayı 300-ə yaxın olub: "Bu məsələ Nazirlər Kabinetində aidiyyəti qurumların nümayəndələri ilə keçirilən görüşdə müzakirə olundu və görülən tədbirlər nəticəsində hazırda bu cür binaların sayı 100-ə enib. Bu istiqamətdə ciddi işlər aparılır. Bu sahədə problemlər var. Məsələn, bəzi binalar yarımçıq tikilib, bəzilərinin lifti yoxdur, digərlərində başqa çatışmazlıqlar var".