Maide.az

Bakıda daha bir neçə ərazidə pulsuz internet təqdim olunacaq

Yaxın vaxtlarda Qış parkı, Sabir və Xaqani bağlarında "Wi-Fi"a pulsuz giriş təmin olunacaq.   Bunu özəl olaraq “Trend”ə Bakı Telefon Rabitəsi İB-nin ictimaiyyətlə əlqalər üzrə mütəxəssisi Nuranə Əliyeva deyib.   Onun sözlərinə görə, işlər "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılır.   İndiyə qədər Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkında pulsuz "Wi-Fi" təmin olunub. /