Maide.az

Bakıda daha bir nəfər ağciyər xəstəliyindən öldü

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan daha bir xəstə dünyasını dəyişib.   Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, Şəki rayon sakini olan 1977-ci il təvəllüdlü xəstə yavarın 30-da ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində instituta qəbul olunub.   Müalicələrə baxmayaraq xəstə fevralın 3-də saat 07.30-da dünyasını dəyişib.   Xatırladaq ki, fevralın 2-də adıçəkilən müalicə müəssisəsində 1983-cü il təvəllüdlü Quba rayon sakini də xəstəlikdən dünyasını dəyişib.