Bakıda daha bir məhbus xəstəlikdən öldü
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb. Maide.Az "Open.az"a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan İlqar Soltan oğlu Novruzov xəstəlikdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bir neçə gün əvvəl həmin müəssisədə daha bir məhkum xəstəlikdən ölüb.