Maide.az

Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı

Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.   APA-nın məlumatına görə, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.   Məlumata görə, ölənlərin hamısı VAZ-2106” markalı avtomobildə olublar.  “Mercedes”in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.   Ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.    Faktla bağlı araşdırma aparılır.