Maide.az

Bakıda ciddi təhlükəsizlik tədbirləri: Avtomobillər yoxlanılır

Bakıda qapalı parklanma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilməsinə başlanılıb.   Maide.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, artıq "Azadlıq" meydanında yerləşən ikimərtəbəli yeraltı parklanma yerində avtomobillər girişdə yoxlanılır.   Belə ki, giriş zamanı avtomobilin baqajı mühafizəçi tərəfindən yoxlanılır.   Mühafizəçi Trend-in əməkdaşı ilə söhbətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin yayda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı olduğunu deyib./