Maide.az

Bakıda bu yollar sürüşkəndir - Sürücülər, DİQQƏT!

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.   Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.   Onun sözlərinə görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər".