Maide.az

Bakıda bu ərazilərdə qanunsuz parklanmaya görə maşınlar təxliyə olunacaq - SİYAHI

Yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınmasına  - təxliyə xidmətinə başlanılacaq.   Maide.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanlar açıqlanıb.   Bu ünvanlar vətəndaş müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir:          S/s Küçə/prospekt Ərazi   M.Hadi küç. Əhmədli m/st. ətrafı   Qara Qarayev pr. 8-ci km bazarının qarşısı   Qara Qarayev pr. Neftçilər m/st. - Dakar meydanının ətrafı   B.Çobanzadə küç. Şadlıq saraylarının qarşısı   Bakı Dairəvi yolu – Zaqulba şos. Bilgəh kordioloji sanatoriyasının qarşısı   Şəhər şossesi(Sabunçu-Zabrat yolu) Yerüstü piyada keçidinin yanı   Sakit Qocayev küçəsi Bakıxanov TM-nin ətrafı   Heydər Əliyev pr. Qala yoluna dönən hissə (Rahat marketin qarşısı)   Əli İsazadə küç. (Binə qəs.) Mərkəz   Heydər Əliyev pr. Koroğlu m/st. ətrafı   Xocalı pr. Xətai m/st.qarşısı   Nobel pr. ASAN Xidmətin qarşısı   Afiyəddin Cəlilov küç. “Megafun”ın qarşısı   Neftçilər prospekti Prospekt boyu   28 May küç. 23 nömrəli məktəbin qarşısı   Dilarə Əliyeva küç. ADNSU-nin yanı   Xəqani küç. Küçə boyu   Nizami küç. Küçə boyu   K.Kazımzadə küç. Zooparkın qarşısı   F.X.Xoyski pr. Gənclik Mall-un qarşısı   Ağa Nemətulla küç. Nərimanov Rayon Məhkəməsinin qarşısı   Təbriz küç. Metropark TM. və Nərimanov metro stansiyasının qarşısı   M.K.Atatürk pr. Ayna Sultanova heykəlinin yanı   Ak.H.Əliyev küç. Asan xidmətin qarşısı   Moskva pr., Müzəffər Həsənov küç., Rövşən Cəfərov küç. 20 Yanvar m/st ətrafı   Rövşən Cəfərov, Alı Mustafayev, Cavadxan küçələri 3-cü mkr. dairəsinin ətrafı   Alı Mustafayev küç. 3-cü mkr. bazarının qarşısı   Cavadxan küç., Hüseynbala Əliyev küç. Memar Əcəmi m/st. ətrafı   Rəşid İsmayilov küçəsində Biləcəri dairəsi   Moskva pr. “Şamaxinka” adlanan ərazi   H.Zərdabi pr. Topçubaşov adına xəstəxananın qarşısı   A.Salamzadə küç. Yasamal Rayon Polis İdarəsinin yanı   A.M.Şərifzadə küç. İnşaatçılar m/st. ətrafı və ASAN xidməti   Əsəd Əhmədov küçəsi Bizim marketin qarşısı   Hüseyn Cavid pr. Elmlər Akademiyası m/st. ətrafı   Abdulla Şaiq küç. Statistika dairəsi   C.Cabbarlı küç. "Caspian Plaza"-nın qarşısı   Süleyman Rəhimov küçəsi Bakı Slavyan Universiteti   Süleyman Rüstəm küçəsi Süleyman Rəhimov küçəsi ilə kəsişməsi   Ş.Bədəlbəyli küç. Azadlıq pr. ilə kəsişmə   S.S.Axundov küç. Azadlıq m/st. ətrafı   Əcəmi Naxçıvani küçəsi Küçə boyu