Maide.az

Bakıda bu ərazilərdə də “Wi-Fi” pulsuz olacaq

Artıq Bakının “Qış parkı” və “Zabitlər parkı” ərazisində də “Wi-Fi”a ödənişsiz giriş təmin olunacaq   Maide.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.   Onun sözlərinə görə, işlər “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb.   Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də “Axundov”, “Sabir” və “Xaqani” bağlarında ödənişsiz “Wi-Fi” təmin olunub.   Yaxın vaxtlarda ödənişsiz “Wi-Fi”ın paytaxtın “Hüseyn Cavid” və “Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.