Maide.az

Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Bakıda üç nəfər dəm qazından zəhərlənib.   APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Rayon sakinləri – 1988-ci il təvəllüdlü Xalidə Əhmədova, 2012-ci il təvəllüdlü Məleykə Əhmədova və 1999-cu il təvəllüdlü Şəfahət Məfiyev dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.   Zəhərlənən şəxslərin bir ailənin üzvləri olduğu bildirilir.  /