Maide.az

Bakıda beş dəfə məhkum olunmuş şəxs qətl törədib

Bakıda qətl hadisəsi baş verib.   Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.   Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib.   Hadisəni törədən E. Mustafayev tutulub.