Maide.az

Bakıda bankda yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib

“Accessbank”da yanğın baş verib. Maide.Az  xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb. Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və 1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. / Report /