Maide.az

Bakıda bədbəxt hadisə - fəhlənin başına daş düşdü

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib. Trend-in məlumatına görə, hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Travmatologiya şöbəsinə alınan R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.