Maide.az

Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumu keçiriləcək

Tədbirə 150-yə yaxın türk və yerli şirkətlərin nümayəndələri qatılacaq   Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə birgə Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumu keçiriləcək.   "Report" xəbər verir ki, kənd təsərrüfatı sahəsini əhatə edəcək tədbirin fevralın 23-də keçirilməsi nəzərdə tutulub.   Toplantıda Türkiyədə kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən 150-yə yaxın şirkət, eləcə də yerli şirkətlər iştirak edəcəklər. /