Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir
Bu gün Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərifin görüşü keçirilir. Maide.az-ın məlumatına görə, tərəflər regional əməkdaşlıqda qarşılıqlı maraqlar kəsb edən məsələlər, xüsusən ikitərəfli və üçtərəfli layihələrin həyata keçirilməsi, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi üzrə fikir mübadiləsi aparır. Həmçinin regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir. Bundan əlavə, XİN rəhbərlərinin ayrıca ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. /