Maide.az

Bakıda avtobus qəzası baş verib, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.   Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü A. Məmmədovun idarə etdiyi “Daewoo" markalı avtobusla 1966-cı il təvəllüdlü N. Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.   Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.   Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.