Maide.az

Bakıda avtobus qəzaya uğrayıb, yaralılar var

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.     Maide.Az  ONA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Nərimanov rayonunda olub.   Metronun Gənclik stansiyasının yaxınlığında BakuBus MMC-yə məxsus 13 nömrəli marşut xətti üzrə hərəkət edən "İveco" markalı sərnişin avtobusu "Mercedes" markalı avtomobillə toqquşub.   Nəticədə avtobusda olan sərnişinlər - 1978-ci il təvəllüdlü Rzayev Tariyel Əlisərdar oğlu və 1975-ci il təvəllüdlü Hacıyev Rövşən Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.   Həkimlərin verdiyi məlumata görə, T.Rzayev sınıq xəsarətləri aldığından reanimasiya şöbəsinə yerləşdirilib.   Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.