Maide.az

Bakıda avtobusla avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda avtobusla minik avtomobili toqquşub.   Hadisə Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında baş verib.     Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb: "Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağırdır".   Faktla bağlı araşdırma aparılır.  /Report