Maide.az

Bakıda çap sexində yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, "Təhsil Nəşriyyat Poliqrafiya" MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub.   Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.