Maide.az

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.   Maide.Az “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.   Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.   Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.   Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.   Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.