Maide.az

Bakıda şagird şagirdi bıçaqlayıb

Bakıda orta məktəb şagirdi bıçaqlanıb.   Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 286 saylı orta məktəbin qarşısında qeydə alınıb. Həmin məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.   Nəticədə X. Ramazanov xəstəxanaya yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.