Maide.az

Bakıda ağaclar kəsilir, sakinlər narazıdır - VİDEO

Bakıda yaşayış binalarının qarşısında, vətəndaşların istirahəti üçün nəzərdə tutulan yerlərdəki ağacları kəsirlər. Bakı şəhəri, Nəsimi rayonu sakinlərinin baku.ws-yə verdiyi məlumata görə, onların yaşadığı binanın qarşısındakı ağaclar bəzi işbazlar tərəfindən kəsilir.   Qeyd olunur ki, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, 22 saylı binanın qarşısında uşaqların istirahəti üçün nəzərdə tutulan kiçik oyun meydançasını sökmək və oradakı ağacları kəsmək istəyirlər.    Məlumata görə, həmin ərazidə hündürmərtəbəli bina inşa ediləcək.(baku.ws)