Bakıda “İslam sivilizasiyası və incəsənətində Vəhdət` adlı rəsm sərgisi - FOTO
Ötən gün Bakıda “İslam sivilizasiyası və incəsənətində Vəhdətin təzahürü” adlı rəsm sərgisi təşkil olunub. Maide.Az xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının tanınmış rəssamlarının müxtəlif İslami mövzular, xüsusilə Müqəddsə Qüds mövzusunu əhatə edən 150-dən çox rəsm əsəri sərgilənir. Sərginin açılış mərasimində Azərbaycanın tanınmış incəsənət xadimləri, elmi və mədəni şəxsiyyətləri iştirak edib. Açılış mərasimində çıxış edən şəxslər İslami sivilizasiyanın tanıtdırılmasında incəsənətin rolundan danışıb. Çıxışlarda işğal olunmuş ərazilərin azadlığı və İslam dünyasının mədəni irsinin xüsusi ilə Müqəddəs Qüdsün qorunması üçün müsəlmanların vəhdətinin zəruriliyi vurğulanıb. Birgünlük sərginin sonunda fırça ustaları diplom və sertifikatlarla təltif olunub.