Maide.az

Bakıda əcnəbi biznes-ledi özünü 5-ci mərtəbədən atdı

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 29/44 ev 6, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Moldova vətəndaşı, 23 yaşlı Quria Qlafira yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.   İntiharın dəqiq səbəbləri hələlik məlum deyil.   Məlumata görə, intihar edən qadın Bakıda bizneslə məşğul olurmuş./