Bakıda “Vaz” və “Azsamand” toqquşub, yaralanan var
Bakının Nəsimi rayonunda ötən gecə “Vaz” və “Azsamand” markalı iki minik avtomobili toqquşub. Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN-nin) saytına istinadən verdiyi xəbərə görə, nəticədə, “Azsamand” markalı minik avtomobili deformasiyaya uğrayıb və 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasediciləri hadisə yerinə cəlb olunaraq sərnişini xilas edib və aidiyyatı üzrə təhvil veriblər.