Maide.az

Bakıda 75 yaşlı kişi özünü 9 mərtəbəli binanın damından atıb

Bakıda intihar hadisəsi baş verib.   Binəqədi Rayon Polis İdarəsindən Maide.az-a verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi 103 ünvanında qeydə alınıb.   Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü Nazim Abidin oğlu Məmmədzadə özünü 9 mərtəbəli binanın damından atıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.   Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.