Maide.az

Bakıda 6 avtobus yanıb

Bakıda sərnişin avtobusları yanıb.   Maide.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda qarajın ərazisində istifadəyə yararsız 6 ədəd “İSUZU” markalı avtobus yanıb. Digər avtobuslar yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.   Hadisənin səbəbi araşdırılır./